Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Avqust 2015

Zığ qəsəbəsində torpaq sürüşməsi oldu

Suraxanı rayonu Zığ qəsəbəsində torpaq sürüşməsi baş verib.

Sürüşmə nəticəsində fərdi yaşayış evlərinin sakinləri mənzillərindən çölə çıxmalı olub.

Belə ki, dağın ətəyindəki daş parçalarından biri qoparaq aşağı düşüb. Bu zaman evlərdə titrəmə hiss olunub.

Sakinlər deyir ki, ərazidə bu hadisə birinci dəfə deyil ki, qeydə alınır. Buna görə də ev sahibləri mənzil tikdirmizdən öncə bənd bərkitmə işləri aparır. Amma buna baxmayaraq həmin bəndlərdə artıq çatlar əmələ gəlib.

Ekologiya və Təbii Sərvətlər Nazirlyindən bildirildi ki, keçən ildən etibarən Zığ qəsəbəsi ərazisində sürüşmə aktivləşib. Qurumun baş geoloqu Ələmdar Paşayevin sözlərinə görə, Zığ yamacındakı sürüşmə zonası tektonik qırılmalarla əlaqədar olan ərazidir. Həm də oradan iri tektonik qırılma keçir: “İyul ayında ərazidə aparılan monitorinqin nəticələrinə görə, 7-17 milli metr çatlarda genişlənmə baş verib”. Bundan başqa geoloq onu da əlavə etdi ki, Zığ qəsəbisinə sonradan əhalinin köçməsi, çirkab sularının əraziyə axıdılması və yağış sularının təsirindən proses daima aktivləşir./ans/
714 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
03.12.16, 10:33