Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Avqust 2015

PKK bu dəfə mikrovatobus qaçırdı

PKK Şırnakın Beytüşşebap rayonunda Kato dağına aparan yolu kəsərək əsgərlərə ərzaq aparan mikroavtobusu qaçırıb.

Beytüşşebapdan Kato dağına 5 kilometr məsafədə yerləşən İkinci Körpü postunda yol kəsən PKK silahlıları ilk öncə nəqliyyat vasitələrinə baxış keçirib. Mikroavtobusların birində ərzaq olduğunu görən silahlılar onu saxlayıb. Bir neçə vaxtdan sonra hələ kimliyi aydın olmayan avtobus sürücüsü azad edilib. Əsgərlərə ərzaq daşıyan avtomaşını isə özləri ilə Kato Dağına doğru aparıblar.

Yolun hər iki tərəfi avtomobillərin hərəkəti üçün PKK tərəfindən bağlanılıb. Yolda qalan təxminən 150 maşına 3 saat sonra hərəkətlərini davam etməyə icazə verilib./ans/
640 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 08:24