Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Avqust 2015

Türkiyədə silahlı hücumlar: ölənlər var

Türkiyənin Şırnak vilayətinin Cizre rayonunda polis maşınlarına silahlı hücum edilib.

Etiraz aksiyasına müdaxilə edən polislərə tələ quran PKK avtomobilləri atəşə tutub.

Tərəflər arasında baş vermiş atışma zamanı 1 polis ölüb, ikisi isə yaralanıb. Yaralı polis Cizre dövlət xəstəxanasına aparılıb.

Son məlumatlara görə, İstanbulun Bayrampaşa rayonunda polis bölməsinə hücum edilib. Belə ki, bölmənin qarşısına qoyulan şübhəli əşya partlayıb. Ölən və xəsarət alan olmayıb.

Ağrı və Van vilayətlərini bir-birinə bağlayan magistral yolda isə PKK avtomobillər yandırıb. İran respublikasına məxsus sərnişin avtobusu dayandırılıb. Əraziyə gələn hərbçilərlə PKK arasında baş vermiş atışma nəticəsində 1 hərbçi ölüb, avtobusda sərnişinlərdən biri öldürülüb, 3-ü isə yaralanıb. Yaralı iranlılar xəstəxanaya yerləşdirilib.

Terrorçular əsgərlərlə döyüşə-döyüşə Tendürek dağına çəkiliblər. Əraziyə cəlb edilən helikopterlər onların qaçdığı yerləri bombardman edib.
705 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi