Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Avqust 2015

Mursi həbsxanada saxlanma şəraitindən narazıdır

Misirin sabiq prezidenti Məhəmməd Mursi həbsxanada saxlanma şəraitinin səhhətinə uyğun olmadığından şikayət edib. “Röyters”in verdiyi xəbərə görə, Məhəmməd Mursi tibbi müayinədən keçirilməsini tələb edib və həbsxana qidasının ona uyğun olmadığını bildirib. Misirin sabiq prezidenti şəkər xəstəliyi səbəbindən həbsxanada verilən yeməkləri qəbul etməkdən imtina edib.

Həbsxana rəhbərliyi Mursiyə kənardan ərzaq və qida gətirilməsinə icazə verməyib.

Qeyd edək ki, Misir məhkəməsi sabiq prezident Məhəmməd Mursi barəsində yekun hökm çıxararaq onu ölüm cəzasına məhkum edib./apa/
618 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP