Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Avqust 2015

Suriyada azı 50 əcnəbi terrorçudan ibarət dəstə məhv edildi

Suriya ordusu Latakiya bölgəsinin Rəbiyyə yaşayış məntəqəsində “Cəbhə ən Nüsrə” terror qruplaşmasının 50-dən çox əcnəbi silahlısını məhv edib. “RİA Novosti”nin verdiyi xəbərə görə, canlı qüvvədən başqa, 10-dək hərbi texnika sıradan çıxarılıb, müasir rabitə vasitələri və xeyli silah-sursat aşkarlanıb. Məhv edilənlərin əksəriyyəti əcnəbi muzdlulardır.

Məlumata görə, suriyalı hərbçilər hücuma keçən silahlıları vaxtında aşkarlayaraq təyyarələrdən və artilleriyadan zərbələr endiriblər.

Qeyd edək ki, bundan bir gün əvvəl Latakiya şəhəri ilə Türkiyə sərhədi arasında şəhərə soxulmağa can atan “Cəbhə ən Nüsrə” qruplaşmasının 37 silahlısı məhv edilib.
570 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 12:08