Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Avqust 2015

Əfqanıstanda növbəti güclü partlayış: 22 ölü

Əfqanıstanın Kunduz bölgəsində “Taliban” hərəkatının üzvü tərəfindən törədilən növbəti güclü partlayış nəticəsində azı 22 nəfər ölüb. “RİA Novosti”nin verdiyi xəbərə görə, terrorçu-kamikadze minalanmış avtomobili partladıb. Məlumata görə, terrorçunun hədəfi hökumətin tabeliyində olan orduya daxil olmayan könüllü hərbiləşdirilmiş birləşmələr olub.

Qeyd edək ki, avqustun 7-də paytaxt silahlılar Kabildə NATO-nun obyektinə hücum ediblər. Minalanmış yük maşınının partladılması nəticəsində 15 nəfər ölüb, 400-dək adam yaralanıb.

Bundan az sonra polis akademiyası yaxınlığında törədilən güclü partlayış nəticəsində 27 nəfər ölüb, 26 nəfər yaralanıb./apa/
591 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
02.12.16, 10:02
02 dekabrda gözlən