Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Dekabr 2013

Kommunistlərdən hökumətə etiraz BƏYANATI

Azərbaycan Kommunist Partiyasi yanacağın bahalaşması ilə bağlı Bəyanat verib
Bəyanatda deyilir: Azərbaycan hökuməti xaıqın sosial vəziyyətini yaxşılaşdırmaq əvəzinə oliqarxların mənafeyini dəstəkləməkdə davam edərək, onların maraqlarına xidmət etməkdədir. Məmurlar və hüquqlarının qorunmasını öhdələrinə götürən millət vəkilləri xalqın rifahı naminə çalışacaqlarına dair verdikləri ağız dolusu ”şirin” vədlərinə baxmayaraq, yaşayış imkanlarına birbaşa təsir göstətən yanacağın qiymətinin Avropa standartlarına keçmədən artırılmasına imkan veriblər. Bu, xalq qarşısında onların məsuliyyətsizliyinə dəlalət edir. Bu hal əlbəttə ki, bazar iqtisadiyyatı qanunları ilə inkişaf edən cəmiyyətdə aztəminatlı əhalinin onsuz da çətin olan yaşam imkanlarına ağır zərbədir və dözülməz olacaqdır.
2013-cü il Prezident seçkilərindən sonra xalqın rifahına çalışacağına and içən dövlət başçısının ona etimad göstərib, inanan xalqın vətənin təbii sərvətlərindən istifadə etmək haqda Konstitutsion hüquqlarının pozulmasına imkan verməsi anlaşılmazlıq yaradır.
Qiymət qaldırma prosesinin Tarif Şurası adlanan qurumun ixtiyarına vermək və bir qrup dövlət qurumunun müraciətini əsas götürmək heç də inandırıcı görünmür. Məgər neft məhsullarından əldə olunan milyardlardan həmin qurumların əmək haqqlarının qaldırılmasına vəsait ayrıla bilinməzmi? Bunun onsuz da səfalətdə olan xalqın hesabına edilməsi nə dərəcədə məqsədə uyğundur? Bu qurum prezident andına niyə naxələflik edir?
Özünü xalqın partiyası adlandıran iqtidar partiyası- YAP niyə vədlərinə əməl etmir və partiya üzvlərinin bu hərəkətlərini qiymətləndirmir? Əksinə, bəzi partiya funksionerləri bu hərəkətlərə dəstək verirlər.
Çox yəqin ki, yanvardan (2014-cü il) Avro-3 yanacağa keçilməsi ilə bağlı qiymətlər yenə də artılacaq. Bu, xalqı aldatmaq və onun tolerantlığından sui-istifadə etmək kimi qiymətləndirilməlidir!
Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi qətiyyətlə etirazını bildirir və tələb edir:
-xalqın Konstitutsion hüquqlarının bərpası ilə bağlı tədbir görülsün,
-Tarif Şurasının qərarına yenidən baxılması istiqamətində Nazirlər Kabineti qərar versin,
-Dövlət başçısı ona göstərilən xalq etimadını doğrultsun və bu vəziyyəti yaradanlara qarşı tədbirlər görsün.
Xalqın mənafelərinə uyğun olmayan bu cür siyasətə son qoyulmalıdır!!!”
AKP MK-nın 1-ci katibi Telman Nurullayev.
1759 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
18.01.17, 12:02
15 günə 19 intihar
18.01.17, 09:18
AP-nin yeni sədri seçildi
16.01.17, 22:26
CHP son yola əl atır
16.01.17, 12:42