Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Avqust 2015

Türkiyədən yenə ölü xəbəri gəldi

Türkiyədə PKK yenidən hüquq-mühafizə orqanları və təhlükəsizlik qüvvələrinin əməkdaşlarına hücum edib.

Mardin vilayətinin Midyat rayonunda kütləvi davanın düşməsi ilə bağlı xəbər verilib. Hadisə yerinə gələn polis əməkdaşları terrorçuların tələsinə düşüblər.

Belə ki, polis bölməsinə yalan məlumat verən PKK dava düşdüyü yerə gələn polis maşınlarını atəşə tutublar. Nəticədə 1 polis ölüb, biri isə ağır yaralanıb.

Atışma nəticəsində yaralanan polislər Midyat dövlət xəstəxanasına aparılıb. Həkimlər əllərindən gələni etsələr də onlardan birinin həyatını xilas etmək mümkün olmayıb.
569 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP