Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Avqust 2015

Abdullah Gülün adamı: “MİT Öcalanı həbsdən çıxaracaq”

PKK-nın həbsdəki lideri Abdullah Öcalan Milli İstihbarat Təşkilatının rəhbəri Hakan Fidanı İmralıdan qovub.

Bu iddianı “Yeniçağ” qəzetindəki yazısında Türkiyənın 11-ci prezidenti Abdullah Gülün keçmiş məsləhətçisi Ahmet Takan səsləndirib. Onun sözlərinə görə, Öcalan Fidanla görüşü zamanı tez-tez ona PKK daxilində əsas söz sahibi kimi Murat Karayılanla özünün qaldığını söyləyirdi:

“Öcalan deyirdi ki, Dəmirdaş (HDP lideri) beynəlxalq layihədir və prezident seçkisindən öncə beynəlxalq güclər tərəfindən ortaya atıldı. Daha sonra Öcalan Fidana üzünü tutub “Dəmirdaşı özünüz ortaya çıxartmısınız, gedin probleminizi onunla həll edin və bir daha mənimlə görüşə gəlməyin” demişdi. Əslində isə hökumətin Öcalanla bağlı planı belədir. Öcalan İmralıdan 1 Sentyabr - Dünya Sülh Günü bəhanəsilə atəşkəs elanı istəyəcək. Silahlar susacaq. Yenə Öcalan qəhrəman olacaq və proses təkrar başlayacaq. Nə zamana qədərmi? Bursa MİT bölgə rəhbərliyinin koordinasiyası altında Öcalana prostat xərçəngi bəhanəsi ilə “həbsxanada qalması düzgün deyil, ev həbsinə keçirilsin” arayışı veriləcək. Bax, həmin an kürd məsələsi ilə bağlı başqa bir dönəm başlayacaq”./axar/
826 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi