Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Avqust 2015

Ölkə növbəti devalvasiya şoku yaşaya bilər

Neftin ucuzlaşması hakimiyyəti çətin vəziyyətə salıb
Neftin bir barrelinin 49 dollara düşməsi Azərbaycanda növbəti devalvasiyanı gündəmə gətirib. “Azadlıq”ın əldə etdiyi məlumata görə, artıq hökumətdə bununla bağlı müzakirələr gedir. Bundan əlavə, bugünlərdə Mərkəzi Bankın rəhbəri kommersiya banklarının rəhbərləri ilə görüş keçirib. Həmin görüşdə də növbəti devalvasiya müzakirə mövzusu olub.
Lakin növbəti devalvasiyanın da xilas yolu olmadığı iddia edilir. Digər tərəfdən hakimiyyət seçki ərəfəsində devalvasiyaya getmək istəmir. Amma seçkiyə qədər davam gətirmək də o qədər asan deyil.
Böhran nəticəsində isə daha bir neçə bankın çökəcəyi gözlənilir.
Yeri gəlmişkən, Mərkəzi Bankın açıqladığı statistikadan görünür ki, Azərbaycan banklarında problemli kreditlərin həcmi 2005-ci ildən bəri ən yüksək həddə çatıb. Statistikaya əsasən, iyulun 1-ə olan vəziyyətə problemli kreditlərin həcmi 1 milyard 338,7 milyon manat olub. Təkcə iyun ayında problemli kreditlər daha 25,5 milyon manat artıb və ümumi kredit portfelinin 6,6 faizinə çatıb. Bu 2005-ci ildən indiyədək problemli kreditlərin həm məbləğ ifadəsində, həm də ümumi kredit portfelindəki payı baxımınan ən böyük göstəricidir. Xatırladaq ki, bir ay əvvəl problemli kreditlərin payı 6,4 faiz, bu ilin əvvəlində 5,3 faiz, bir il əvvəl isə 5,2 faiz təşkil edib.
Məlumat üçün deyək ki, Azərbaycanda kredit portfelinin 60 faizi Beynəlxalq Bankın payına düşür. Beynəlxalq Bank ətrafında “kredit qalmaqalı” göstərir ki, bu bankla bağlı vəziyyət ürəkaçan deyil. Digər banklar da kreditləri toplaya bilmir. Bugünlərdə “Bank Technuqie” bəyan edib ki, son 3 ildə 310 milyon problemli kredit olub ki, bunun 157 milyonu qaytarılıb. Aydın olur ki, hazırda bu bankda 153 milyon manat problemli kredit var. Bu isə kiçik məbləğ deyil.
Bundan başqa, iyun ayında Azərbaycan banklarının kreditləri növbəti dəfə azalıb. Fins.az Azərbaycan Mərkəzi Bankının (AMB) açıqladığı statistikaya istinadən xəbər verir ki, iyulun 1-ə olan məlumata görə kredit potfeli 20 milyard 288,5 milyon manat təşkil edir. Bu bir ay əvvələ nisbətən 179,6 milyon manat azdır. Ümumiyyətlə, kredit potfelinin həcmi artıq 5 aydır ki, azalmaqdadır. Fevralın 1-dən indiyədək kreditlərin həcmi 408,7 milyon manat azalıb.
Bu isə artıq bankların kredit verə bilmək imkanında olmadığını göstərir./azadliq.info/
825 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı