Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Avqust 2015

Faciə: Azərbaycanda 27220 uşağı doğulmamış öldürdülər

Ötən il Azərbaycanda qeyri-leqal abortlar da daxil olmaqla 27220 abort qeydə alınıb. Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumatda belə deyilir. Bu abortların 1023-ü ilk dəfə hamilə qalmış qadınlar tərəfindən həyata keçirilib. 2014-cü ildə hər 1000 fertil, yəni 15-49 yaşda olan qadına 10 abort düşüb. Abortu daha çox 25-34 yaşlı qadınlar etdirib. Ümumilikdə, ötən il 15-17 yaşlı qadınlar tərəfindən 88, 18-19 yaşlı qadınlar tərəfindən 1073, 20-24 yaşlı qadınlar tərəfindən 5738, 25-29 yaşlı qadınlar tərəfindən 8365, 30-34 yaşlı qadınlar tərəfindən 7756, 35 yaşdan yuxarı qadınlar tərəfindən isə 4200 abort olunub. Ötən il ölkədə 5.5 min uşaq vaxtından əvvəl doğulub. Mütəxəssislərin dediyinə görə, vaxtından əvvəl doğuşlar əsasən anaların əvvəllər tez-tez aborta getməsiylə bağlıdır. Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutundan Trend-ə verilən məlumata görə, bu rəqəmlər ölkədəki bütün abortların sayını əks etdirmir: «Çünki qadınlar reseptsiz satılan bəzi dərman preparatlarını qəbul etməklə də ev şəraitində abort edirlər. Belə abortlar bəzi hallarda problemsiz bitsə də, bir çox hallarda güclü qanaxma ilə nəticələnir».
826 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber