Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Avqust 2015

Hadi əl-Amiri: İŞİD hələ də, Bağdadı təhdid edir!

Nur-az.com shia-news.com-a istinadən:
İraqın əl-Bədr təşkilatının baş katibi cənab Hadi əl-Amiri cümə günü təşkil edilən mətbuat konfransında bildirib ki, xalqı aldatmaq olmaz və hələ də, İŞİD-in təhlükəsinin mümkünlüyünü qəbul etməliyik. İŞİD hələ də, Bağdad üçün təhlükə yaradır və terrorist ünsürlərlə müharibə başa çatmayıb. Ölkənin bəzi yerlərində baş qaldıran etirazlar müharibə və mübarizəni əsl məqsəddən yayındıra bilər. Gərək müharibədən əl götürməyək və bundan başqa yolumuz da, yoxdur, İŞİD-lə döyüş ölüm ya qalım müharibəsidir. Aramızda olan xainlərin də, kökünün kəsilməsinə vaxt təyin edilməyin zamanı yetişib, onlar da, hal-hazırda İŞİD qədər təhlükəlidirlər. Gərək xalqın sosial təminatı üçün canla-başqa çalışmalı, onların malını talan edənlərin qarşısı böyük sərtliklə alınmalıdır. Həmçinin döyüşlərin ləngidiyi məntəqələrin, xüsusi ilə Fəllucənin əhalisi də, hər hansı yolla oranı tərk etməlidir ki, təmizləmə əməliyyatları asanlıqla başa gəlsin. Onu da bildirək ki, tezliklə Fəllucəyə doğru qəti hücum hökmü veriləcək və o zaman oranı tərk etmə imkanı qeyri-mümkün olacaq.
687 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:44
Ay