Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Avqust 2015

Hacı İlqar İbrahimoğlunun anası Haqq dünyasına qovuşdu

İnna lillah və inna ileyhi raciun.

İçərişəhər "Cümə" məscidininin dini icmasının imam camaatı, DEVAMM sədri, ilahiyyatçı-filosof Hacı İlqar İbrahimoğlunun anası Hacı Mahirə Mirəbdüləli qızı bu gün Haqq dünyasına qovuşub.

Deyerler.org-un məlumatına görə, bu barədə Hacı İlqar İbrahimoğlu Facebook səhifəsində bildirib:

"İnna lillah və inna ileyhi raciun.
Dəyərli dostlar. Əziz anam - Hacı Mahirə Mirəbdüləli qızı Haqq dünyasına qovuşdu. Allahdan bütün valideynlər üçün xeyirli aqibət diləyirəm. Hər birinizdən iltimasi duamız var.

Maraqlanan əzizlərin diqqətinə: Dəfn Şüvəlanda olacaq. Şəhərdən çıxış saat 16.00-da, Az.Dramanın arxasındakı küçədən- Murtuza Muxtarov, 53 (köhnə Poluxin) Çinqiz Mustafayev (köhnə pervomayski) kəsişməsində - ünvanından olacaq".

Allah rəhmət etsin!
717 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber