Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Dekabr 2013

Pakistanda ABŞ-a qarşı etirazlar səngimək bilmir

ABŞ-ın avia-zərbələri ölkədə geniş əks-səda doğurmasına baxmayaraq Baş nazir Nəvaz Şərif Vaşinqtona qarşı sərt mövqe ortaya qoymur

Pakistanda ABŞ-in ölkə ərazisinə endirdiyi avia zərbələrə qarşı etirazlar səngimək bilmir. İnterAz Türkiyə mətbuatına istinadən xəbər verir ki, paytaxt İslamabadda 200-dən çox insan parlament qarşısına toplaşaraq, pilotsuz təyyarələrin endirdiyi avia-zərbələrə son qoyulmasını tələb edib.

Etiraz aksiyası Pakistanın Təhriki İnsaf partiyası tərəfindən təşkil olunub. Pakistanın Xeybər Paxtunxva vilayətindən olan nazirlər və parlament üzvləri olaraq hökümət binaları qarşısında oturaq aksiyaya start verib.

Nümayişçilər ABŞ əleyhinə şüarlar səsləndirib, icazəsiz olaraq ABŞ ordusuna məxsus pilotsuz təyyarələrin Pakistan ərazisində aviazərbələr endirməsinə son qoymağı tələb edib. Əfqanıstan bazalarını maddi-texniki vasitələrlə təmin edən NATO təchizat xəttinin keçdiyi Pakistanda ABŞ əleyhinə etirazlar artıq 2 həftədir ki, davam edir.

Etirazçılarla yanaşı Pakistanın federal höküməti də bəyanatlar səviyyəsində ABŞ-ın Taliban döyüşçülərə qarşı həyata keçirdiyi hücumları pisləyərək, bu hücumlarla onların ölkənin suverenliyini pozduğunu və xeyli sayda dinc sakininin qətlə yetirdiyini bildirib.

ABŞ-ın avia-zərbələri ölkədə geniş əks-səda doğurmasına baxmayaraq Baş nazir Nəvaz Şərif Vaşinqtona qarşı sərt mövqe ortaya qoymur.
2092 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber