Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Avqust 2015

Jurnalisti döyərək öldürənin fotosu yayıldı

Saxlanılan şəxs Cavid Hüseynovun bibisi oğludur və onun 21 yaşı var.

"Qəbələ" klubunun futbolçusu Cavid Hüseynovu tənqid etdiyi üçün jurnalist Rasim Əliyevi döyərək öldürən şəxsin fotosu yayılıb.

Bu şəxs Cavid Hüseynovun bibisi oğlu Elşən İsmayılovdur. Onun 21 yaşı var.

Avqustun 9-da döyülən jurnalist Rasim Əliyev müalicə aldığı xəstəxanada dünyasını dəyişib. "Qəbələ"nin futbolçusu Cavid Hüseynovun qohumları tərəfindən döyüldüyünü iddia edən jurnalist səhər saatlarında həyatını itirib.


Elşən İsmayılov

Futbolçunun qohumları tərəfindən döyülərək ağır bədən xəsarəti aldığını deyən jurnalist 1 saylı Şəhər (Semaşko) Kliniki Xəstəxanasına yerləşdirilmişdi. Jurnalistin ölüm xəbərini təsdiqləyən Klinik Tibbi Mərkəzdən bildirilib ki, xəstə daxili qanaxma nəticəsində dünyasını dəyişib.

16 avqust 1984-ci ildə dünyaya gələn Rasim Əliyev Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun (RATİ) keçmiş əməkdaşı idi./musavat/
187 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.12.16, 00