Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Avqust 2015

Ərdoğanın apardığı səhv siyasət ucbatından hələ çox hadisələr baş verəcək

İstanbulda güclü partlayış: yaralılar var (VİDEO, FOTO)

Şəhərin Sultanbeyli rayonunda yerləşən Fatih polis mərkəzi partladılıb.

Partlayış nəticəsində 5 polis və 2 dinc sakinin yaralandığı bildirilir. Partlayışdan sonra 3 mərtəbəli binada yanğın baş verib. Binanın bir hissəsi çöküb. Terror aktının baş verdiyi yerə yaxın ev və maşınlara da ziyan dəyib.

Partlayışdan sonra hadisə yerinə çox sayda yanğınsöndürən və təcili tibbi yardım maşınları cəlb olunub. Yaralılar təcili tbbi yardım maşınlaı ilə Sultanbeyli dövlət xəstəxanasına çatdırılıb. Yanğınsöndürənlərin isə alovun qarşısını ala bilib.

Əraziyə təhlükəsizlik qüvvələri cəlb olunub və araşdırmalara başlanılıb. Bundan başqa terror aktını törədənlərin tapılması üçün xüsusi əməliyyat başladılıb.

Partlayışdan sonra yanğın baş verib



Terror aktından sonra








Ötən gün isə Mardin vilayətinin Midyat rayonunda kütləvi davanın düşməsi ilə bağlı xəbər verilib. Hadisə yerinə gələn polis əməkdaşları terrorçuların tələsinə düşüblər.

Belə ki, polis bölməsinə yalan məlumat verən terrorçular dava düşdüyü yerə gələn polis maşınlarını atəşə tutmuşdular. Nəticədə 1 polis ölüb, biri isə ağır yaralanmışdı.

AKP-nin İstanbuldakı binasına da silahlı hücum həyata keçirilmişdi. Hadisə yerinə çox sayda təhlükəsizlik qüvvələrinin əməkdaşları cəlb olunmuşdu. Tərəflər arasında baş vrmiş atışma nəticəsində təhlükəsizlik qüvvələrinin bir əməkdaşı yaralanmışdı./ans/
713 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı