Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Avqust 2015

Ermənistanda azərbaycanlı tutuldu

Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Faxralı kəndində yaşayan, 35 yaşlı Turqay Lətif oğlu Mikayılov yolu azaraq Ermənistan tərəfə keçib.

Turqay Mikayılovun qohumu Bahar Mikayılova APA-ya açıqlamasında deyib ki, hadisə iyulun 23-də baş verib:

“Hadisə Dmanisinin Yırğançay kəndinin yaxınlığında, Faxralı sakinlərinə məxsus yaylaqda baş verib. Turqay həmin ərazidə çobanlıq edib və siqaret almaq üçün dağdan enərkən, yolu azaraq Ermənistanın Cücə kəndinə gedib. Həmin kənd sakinləri onu saxlayaraq, Ermənistan sərhədçilərinə təhvil veriblər. Onlar isə Turqayı İrəvana aparıblar. Turqay artıq 17 gündür ki, Ermənistanda həbsxanada saxlanılır"./ans/
720 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi