Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Avqust 2015

Həbs edilmiş Xəzər (VİDEO)

Son günlər sosial medida Xəzərin Azərbaycan sahillərində çimərliklərin hasarlanması mövzusu yenidən aktuallaşıb. Hər il xüsusilə çimərlik mövzusunda müzakirə edilən bu mövzunun yaşı azı 15 ildir. 

Xəzərin sahillərindəki hasarlamalar və çimərliklərin özəlləşdirilməsi sözsüz ki, istirahət üçün dənizə üz tutanları daha çox narahat edir.

Xəzər dənizinin boş qalan sahil ərazisi demək olar ki, yoxdur, hər yer hasarlanıb. Bu isə o deməkdir ki, əhalinin kasıb təbəqəsinin gedə biləcəyi pulsuz çimərlik də qalmayıb. Ya dənizkənarı obyektə giriş üçün pul ödəyib keçməlisən, ya da pulsuz girib burdakı xidmətlərə görə pul ödəməlisən.

Paytaxt sakini Paşa Əmrullayev deyir ki, 10 manat verib stol almışam, amma ora heç bir xidmət daxil deyil.

2008-ci ildə verilən sərəncama əsasən, dəniz sahilindən 20-50 metrə qədər məsafədə hasar çəkmək qadağan edilib. 

Həmin sərəncamda o da qeyd olundu ki, əhalinin dənizə girmə hüququnu məhdudlaşdırmaq olmaz. Bundan başqa, bu gün qüvvədə olan İnzibati Xətalar Məcəlləsində də dəniz kənarının hasarlanması qadağandır.

“Dənizin kənarı hasarlana bilər, ancaq dənizə keçid məhdudlaşdırıla bilməz. Ola bilər ki, 100 km məsafəni hasarlasınlar, həmin məsafədən sonra əhalinin dənizə keçməsi üçün keçid qoysunlar. Təbii ki, belə olan halda heç bir vətəndaş 10-20 və yaxud 100 km məsafəni qət edib istirahət etmək üçün dənizə getməyəcək”, – deyə ekspert Nüsrət İbrahimov bildirib. 

Müşahidələrimiz isə onu deməyə əsas verir ki, Xəzərin sahili zəbt olunub. 

Pulun yoxdursa, nəinki dənizdə çimə, istirahət edə, hətta dəniz havasını da uda bilməzsən./ans/

1380 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.12.16, 09:19