Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Avqust 2015

“Neftin, qazın xalqa isti-soyuğu çox az olub..."

“Neftin, qazın xalqa isti-soyuğu çox az olub, xalq çoxdan unudub onları, indi siz unudun”

Ölkə başçısı İlham Əliyev Şabran rayonunda, “Qalaaltı Hotel & SPA” müalicə-istirahət kompleksinin açılışında ciddi rezonansa səbəb olan bəyanat verib. O, Azərbaycan xalqını neft və qaz gəlirləri barədə düşünməməyə, bunu ümumiyyətlə, unutmağa çağırıb.

"İnfrastruktur layihələri icra edilir, neftin qiyməti keçən ilə nisbətən iki dəfədən çox aşağı düşdü. Əlbəttə ki, bu, bizim gəlirlərimizə mənfi təsir göstərir, az pul qazanırıq, amma bununla bərabər, iqtisadiyyatımızın şaxələndirilməsi hesabına yaradılan potensial imkan verir ki, Azərbaycan vətəndaşı bunu hiss etməsin. Dayanıqlı inkişaf bu istiqamətdə gedəcək.”Biz nefti, qazı kənara qoymalıyıq, ümumiyyətlə, unutmalıyıq. Gün gələcək neft qiymətləri bizim üçün heç bir əhəmiyyət daşımayacaq. Çünki sənaye, kənd təsərrüfatı, turizm, informasiya-kommunikasiya texnologiyaları - Azərbaycanda bu sahələr inkişaf edir və daha da sürətlə inkişaf etməlidir.", - deyə İlham Əliyev bildirib.

Göründüyü kimi, ölkə bşçısı İlham Əliyev neft və qazı unutmalı olduğumuzu qeyri-neft sektorunun guya inkişaf etdiyi konteksində deyib. Lakin ictimai rəy bu bəyanatı elə sözün birbaşa mənasında qəbul edib – "neftin hasilatı və qiyməti aşağı düşür, daha neft gəlirlərinə ümid bəsləməyin". Sosial şəbəkələrdə İlham Əliyevin çıxışından məhz bu cümlə ən müxtəlif aspektlərdən şərh olunur: “Biz nefti, qazı kənara qoymalıyıq, ümumiyyətlə, unutmalıyıq”.

Ölkə başçısının bu bəyanatına müxalifətdən cavab da özünü çox gözlətməyib. AXCP lideri Əli Kərimli özünün facebook səhifəsində İlham Əliyevə cavab verib:

“İlham Əliyev deyib ki, biz nefti, qazı kənara qoymalıyıq, ümumiyyətlə, unutmalıyıq. Xalq neftin və qazın xeyrini nə zaman gördü ki? 25 ilə imzalanmış “Әsrin müqaviləsi”nin 21 ili artıq arxada qalıb. Neft tükənir. Hökumət neft quyularının dibini təmizləməklə məşğuldur. Bütün bu nəhəng “neft bumu”ndan sonra da xalqın böyük əksəriyyəti kasıb, yarıac vəziyyətdə yaşayır. Neftdən gələn pulların 70 milyard manata yaxını xərclənib, çoxu da iqtisadiyyata “investisiya qoyuluşu” adı ilə. Və bütün bu nəhəng "investiya"lardan sonra ölkəmizin cəmi qeyri-neft sektoru il ərzində bir babat müəssisə qədər - 1.8 milyard dollarlıq mal ixrac edir. Kənd təsərrüfatı batıb, tikinti sektoru batıb. Ticarət tənəzzüldə, banklar çökür, manat "ölür". Xalqa neftin də, qazın da isti-soyuğu çox az olub. Biz xalq olaraq çoxdan unutmuşuq nefti də, qazı da. İndi siz unudun nefti və qazı”./azadlıq/
645 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber