Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Avqust 2015

Sabiq səfirdən aksiya təşəbbüsü: «Ağ Marş»

Arif Məmmədov avqustun 15-də Şəhidlər Xiyabanından Bulvara qədər yürüş keçirilməsini təklif edir

Bir müddət əvvəl hakimiyyəti tənqid etdiyi üçün səfir vəzifəsindən geri çağırılan Arif Məmmədov Bakıda aksiya keçirilməsi təklifi ilə çıxış edib. Keçmiş səfir bununla bağlı özünün Facebook səhifəsində məlumat yayıb.

Arif Məmmədov yazıb ki, onun Azərbaycanda demokratiyanın müdafiəsi üçün təklifi var. Həmin təklifə əsasən Bakıda «Ağ Marş» adlı aksiya keçirilməsi üçün zərurət var. «Biz güclü millət olduğumuhu, demokratiyanı müdaffiə etmək əzmimizi göstərmək üçün hamıya Şəhidlər Xiyabananın qarşısında yığışmağı və oradan sükut marşı ilə Bulvara kimi demokratiya yürüşü keçiriməyi təklif edirəm. Yürüşün adını «Ağ Marş» olsun. Marşa hamı ağ geyimdə və ağ şarlarla gəlsinlər. Görüş vaxtı: 15 avqus 2015-ci i, saat 12:00».

Arif Məmmədov Milli Şura, Müsavat və digər partiya və siyasi təşkilatlara müraciət edərək, onlardan yürüşün təşkilatçılağını üzərlərinə götürmələrini istəyib. «Partiyaların gənclər təşkilatlarına xüsusi birlik mesajı vermək vacib məsələdir».
644 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber