Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Avqust 2015

İstanbulda kamikadze qadın özünü partladıb – 3 polis ölüb

İstanbulda polis məntəqələrindən birinin yaxınlığında terrorçu kamikadze qadın avtomobil partladıb.

İnterAz-ın Ukrinform-a istinadla verdiyi xəbərə görə, partlayış nəticəsində 3 nəfər polis əməkdaşı ölüb, 10 nəfər isə yaralanıb. Zərərçəkənlərdən 3 nəfəri polis əməkdaşı və 7 nəfəri isə mülki şəxsdir.

Polisin rəsmi məlumatına əsasən, “bu gün 01.00-da Sultanbeyli rayonunda mərkəzi polis şöbəsində avtomobil partladan terrorçuların hücumu baş verib. Nəticədə polis serjantı, iki zabit və yeddi mülki şəxs xəstəxanaya düşüb. Araşdırma davam edir”,- deyə Haber Turk məlumat verir.

Hüquq mühafizə orqanları məlumatına əsasən, avtomobildə partlayıcı qurğunu terrorçu-kamikadze qadın işə salıb. O, partlayışa 10 dəqiqə qalmış müvafiq yerə gəlib. Şöbə binası partlayış nəticəsində baş verən çökmə və yanğın nəticəsində qismən zədələnib. Bundan başqa qonşuluqda yerləşən binalarda pəncərələrin şüşələri sınıb, yaxınlıqda yerləşən 15 avtomobil zədələnib.
679 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.12.16, 00:45
HƏQİQƏT AXTARANL