Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Avqust 2015

Digahın işıq dərdi: “İki ildir ki…”

“Yaşadığımız küçədə elektrik enerjisinin gərginliyi yayda 150, qışda isə 90 volt olur. Evdə heç bir məişət əşyası işləmir”.

Bunu Abşeron rayon Digah qəsəbə sakini (Yeni yaşayış massivində) Məmmədov Sənan Fəxrəddin oğlu  deyir. Şikayət məktubu ilə redaksiyamıza müraciət edən Sənan Məmmədov bildirir ki, bu hal düz iki ildir davam edir. 2013-dən indiyə qədər müraciət etmədikləri dövlət orqanı  qalmayıb: “Sumqayıt Regional Elektrik Şəbəkəyə, Abşeron rayon İcra Hakimiyyətinə,  “Azəreneri”yə, “Azərişıq”a 20 dəfədən çox müraciət etmişik. Sakinlər adından məktub göndərmişik. Amma məktubumuza cavab ala bilmirik. Bakının bir addımlığında bu cür probleminin olması gülüncdür. Ərizəyə yeni transformator qoyulmasa, bu qışı işıqsız keçirəcəyik”.

Sənan Məmmədov həmin ərazidə 200 ailənin yaşadığını deyir.  “Azərişıq”dan açıqlama verirlər ki, həmin ərazinin texniki şərti yoxdur, elektrik verilməsi qeyri-qanunidir. Şəxsən mənim və qonşuların evində hesablama aparılıb, evin qanuni yükü hesablanıb. Vəziyyət gün-gündən daha ağırlaşır. Qəsəbəyə yeni köçənlər olur. Digahın digər problemlərindən  heç danışmıram. Əsas məsələ elektrik enerjisinin normal təminatı məsələsidir. Ən azı 200 ev elektrik enerjisinin təminatından əziyyət çəkir” deyə o bildirib./lentaz/


 
 
 
 
683 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 20:06