Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Dekabr 2013

Bərbad yollar, biz və şəhidlər - Fotolar

Yollar... nə şeirlər nə mahnılar qoşuldu yollara... o gədər önəmlidir ki, bizlır üçün yollar, küçələr, ən sevdiyimiz saydığımız şəxsiyyətlərin adını veririk onlara ... amma...
Xatirə lövhəsinə "Həyat üçün doğulmuşuq, vətən üçün ölməliyik!" sözləri yazılan şəhid Ramin Qasımov adına verilmiş küçə...və bu küçənin 25 ildən artıq həllini tapmayan kanalizasiya problemi... Bu küçənin sakinləri düşdükləri bu çirkabdan çıxacaqları günü səbirsizliklə gözləyirlər. Həmin küçənin sakini Fərhad Əshədov: "İcra hakimiyyətinə dəfələrlə şikayət etsək də şikayətlərimizə yalnız sözdə baxılır. Kanalizasiya sıradan çıxanda çirkabınsuyiçində gəzməli oluruq. Əsas problemimiz kanalizasiyadandır. Nə qədər şikayət etmişik, heç kimin vecinə olmayıb. Kanalizasiya xəttinin düz qarşısından kommunikasiya xətləri keçir. Vaxtı ilə necə gəldi çəkilib, orada qazıntı işi aparmaq olmaz. Orada kanalizasiya xəttinin düz qarşısında gərginlik xətti keçir,110 kb gərginliyi olan kabellər çəkilib. Kabel olduğuna görə ona bizim özbaşına müdaxilə etməyimiz düzgün olmaz.”.
Başqa bir sakin Fəxrəddin Quliyev də hər yerə şikayət etsək də cavab yoxdur dedi:” Bu problem bizdə artıq 25 ildən çox davam edir. İcra hakimiyyətinə də getmişik, heç kim baxmır. Yolun belə olmasından biz çox əziyyət çəkirik. Xəzər polis bölməsi gəlib baxıb gediblər. Xəstəxana, moyka hamısının zir- zibili o kanalizasiyadan keçir. Uşaqlar dərsə gedəndə yolu keçə bilmir. Kanalizasiya daşanda çirkab su yarım metrəyə qədər qalxır. Yağışlı havalarda buralar bataqlığa çevirilir”.
Validə Əliyeva:”Sentyabrın 24-də Nizami kinoteatırında tədbir var idi. Dedilər ki, İcra hakimiyyətinin başçısı da orda olacaq. Hamılıqla kinoteatra yollandıq. Gülağa müəllim 2 həftə sonra sizin kanalizasiya probleminiz həll olunacaq desədə hələ ki məsələ həll olunmayıb. Kanalizasiya daşmaqda davam edir. Evimin divarları nəmdir. Kanalizasiya suyu hər yeri bürüyür. Hər ay 20 azn verib şirin su almalı oluruq. Bizə heç su xətti də çəkilməyib. Qaz gəlir amma soyuq aylarda azaldırlar. Bu küçə Qarabağda şəhid olan 28 yaşlı Ramin Əzimov adına küçədir. Bu küçənin belə halda olmağı bizim üçün utandırıcı haldır.”.
Görəsən başqa ölkələrdə də Azərbaycanda olduğu kimi belə bir vəziyyətlə qarşılaşsaydılar nələr baş verərdi? Bax bu sual hər birimizi düşündürməlidir. Düzdür biz avropaya inteqrasiya etməkdən imtina etdik, amma bu o demək deyil ki, biz sivil cəmiyyətdə sivil insanlar kimi yaşamağa haqqımız yoxdur. Ən azı haqqımız olduğuna ümid edirik...

Səbinə Saminqızı/starxeber







1936 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 09:18