Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Avqust 2015

Masallı polisinin müstəntiqindən şikayət var

Masallı rayon sakini yerli polis şöbəsinin müstəntiqindən şikayətçidir.

Bu barədə polisin qanunsuz əməlləri ilə üzləşən Masallı rayon sakini Şahdigar Teymurov məlumat verib. 57 yaşlı rayon sakini əməkdaşımızla söhbətində Masallı Rayon Polis Şöbəsinin İstintaq Şöbəsinin müstəntiqi Xəlilov Anar tərəfindən aldadıldığını və hiylə yolu ilə torpağının sənədlərinin əlindən alındığını bildirib: “O torpaq 1997-ci ildən mənə məxsusdur. Əlimdə sənədim-sübutum var. Amma Aydın Sahibov adlı şəxs mənə məxsus 6 sot torpağın 3 sotunu aldığını iddia edir. 2 dəfə məhkəmə olub və mən udmuşam. Çünki torpağın mənə məxsus olmasına dair əlimdə sənəd var. Amma torpağa iddialı şəxs gedib rayon polisinə şikayət edib. Deyib ki, Teymurovlar ailəsi mənim torpağımdan çıxmır”.


Polisin qanunsuz əməlləri isə bundan sonra başlayıb. Müstəntiq A.Xəlilov Şahdigar Teymurovu yanına çağıraraq, torpağın sənədlərini istəyib. Torpaq sahibi sənədlərin üzünü verməyi təklif etsə də, müstəntiq razılaşmayıb. Həmkəndli olduqlarını deyərək 57 yaşlı sakini dilə tutub, bildirib ki, torpağa iddialı şəxs sənədlərin əslini görmədən, inanmayacaq: “Eyni rayonda yaşayırıq, inandım ona sənədlərimi və hətta məhkəmənin mənim xeyrimə çıxardığı qətnamələri də verdim. 3 gün sonra getdim, mənə dedi ki, sənin sənədlərin saxtadır. Sənədlərimi geri istədim qaytarmadı. Onların niyəti mənim əlimdəki sənədləri yoxa çıxarmaq imiş. Hiylə ilə əlimdən alıblar. Görünür torpağı əlimdən almaqda həmin iddialı şəxslə əlbir olublar”.

Ş.Teymurov məsələ ilə bağlı Masallı Rayon Polis Şöbəssinin rəisinin qəbulunda olub. Rəis onun sənədlərinin 2-3 günə qaytarılacağına söz versə də, 3 gün sonra idarəyə gedən şikayətçiyə rəisin məzuniyyətə çıxdığını bildiriblər.

Qanunsuzluqla üzləşən Masallı sakini Baş Prokurorluğuna şikayət edib. Zakir Qaralavonun qəbulunda olub, baş prokuror şəxsən onun şikayətini dinləyib, lakin nəticə dəyişməyib.

15 nəfərdən ibarət ailə başçısı indi əlacsız qalıb: “22 ildir şəkər xəstəsiyəm. Bu qədər ail üzvüylə 6 sot torpaqda yaşayırıq. İndi bir nəfər gəlib 1997-ci ildən mənə məxsus toprağı almaq istəyir. Polis də onunla əlbir olub. 3 il ərzində mənim kimi xəstə adamın başına açmadıqları oyun qalmayıb. Uşaq kimi ağladırlar məni. Nə edim? Hara çıxım gedim axı mən?”.

Bəzi məlumatları dəqiqləşdirmək üçün yazıda adıçəkilən müstəntiq Anar Xəlilovla əlaqə saxladıq. Müstəntiq sənədləri həqiqətən də götürdüyünü, lakin bunu qanuni yolla etdiyini etdiyini bildirib. A.Xəlilovun sözlərinə görə Şahdigar Teymurova məxsus sənədlər şikayət əsasında alınıb və polis idarəsində saxlanılır./AzNews/
665 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16