Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Avqust 2015

Arif Məmmədov xalqı küçələrə çıxmağa çağırdı

Keçmiş səfir Arif Məmmədov xalqı küçələrə çıxmağa səsləyib. Sabiq səfir bu çağırışını öz facebook hesabında paylaşıb.
“Əziz dostlar, bacı və qardaşlar” deyə ictimaiyyətə müraciət edən A.Məmmədovun çağırışında deyilir: “Sizin yazdıqlarınızı diqqətlə izləyirəm. Əksəriyyətiniz “Nə etmək lazımdır?” suallarını mənə ünvanlayırsınız.
Təklif edirəm: “Ağ marş” keçirmək.
Bütün mətbuat nümayəndələrinə, ziyalılara, müxalif partiyalara, ölkəsini istəyən və gələcəyə inamı və imanı olan vətəndaşlarımıza bir güclü millət olduğumuzu, demokratiyanı müdafiə etmək əzmimizi göstərmək üçün hamıya Şəhidlər Xiyabanının qarşısında yığışmağı və oradan sükut marşı ilə bulvara kimi demokratiya yürüşü keçirməyi təklif edirəm.
Marşı “Ağ marş” adlandırmağı təklif edirəm. Marşa hamıya ağ geyimdə və ağ şarlarla gəlməyi təklif edərdim.
Görüş vaxtı: şənbə, 15 avqust, 2015 il, saat 12:00.
Milli Şuraya, Azadlıq, Müsavat və digər müxalif partiyalara birgə olaraq bu marşın təşkilatçılığını öz üzərinə götürməyi təklif edirəm.
Partiyaların gənclər təşkilatlarına xüsusilə birlik mesajı vermək ən vacib məsələdir.

Hörmətlə, Arif Məmmədov”.
1181 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 08:31