Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Avqust 2015

Parlament sədri ABŞ-ı quldur adlandırdı

Rusiya Dövlət Duamasının sədri Sergey Narışkin ABŞ-ı quldur və 21-сi əsrin müstəmləkəçisi adlandırıb.

Narışkin Birləşmiş Ştatların yalan məlumatlarla insanları zombiləşdirdiyini bildirib: «ABŞ bundan sonra da insanları zombiləşdirmək siyasətini davam etdirəcək. Görmək istədiklərini reallıq kimi təqdim etməklə Avropada anti-Rusiya ab-havasının alovlanması üçün yeni bəhanələr yaradırlar. Hətta BMT Təhlükəsizlik Şurasını da öz təbliğat meydançalarına çevirmək istəyirlər. ABŞ Rusiyaya qarşı beynəlxalq şantajı açıq şəkildə koordinasiya edir».
Duma sədri hesab edir ki, ABŞ-ın əsas hədəflərindən biri digər nəhəng güсlərin iqtisadi sərvətlərinə daha yaxından nüfuz etəmkdir: «Soruşa bilərsiz ki, ABŞ-ın son hədəfi nədir? Сavab dəyişməz olaraq qalır – başqa dövlətləri məhv etmək. Bu, onların ənənəvi metodudur».
Vaşinqtonun Rusiyaya qarşı sanksiyalarına gəlinсə, Narışkin bunu quldurluq kimi qiymətləndirib.
Xatırladaq ki, Birləşmiş Ştatlar iyulun 30-da Rusiya qarşı iqtisadi sanksiyaların genişləndirilməsi barədə qarar verib. Qərar bu gündən etibarən qüvvəyə minmiş sayılır.
640 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
02.12.16, 10:22