Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Avqust 2015

Həmkəndlisini öldürən 81 yaşlı kişi: "Gəlin, meyidinizi aparın"

Hacıqabulda 81 yaşlı kişi öz həmkəndlisini öldürüb. Hadisə rayonun Kolanı kəndində baş verib.

Hacıqabul rayon Prokururluğunun müstəntiqi Yusif Əliyevin verdiyi məlumata görə, 1935-ci il təvəllüdlü Kolanı kənd sakini Sərhəd Səhhəd oğlu Şirəliyev həmkləndlisi 1971-ci il təvəllüdlü Habil Nəcəf oğlu Ədilovu “qoşalülə” ov tüfəngi ilə güllələyərək qətlə yetirib.

Hadisəni törədən şəxs H. Əliyevi öldürdükdən sonra mərhumun dayısına zəng vuraraq: “bacıoğlunu öldürmüşəm, gəlin meyiti aparın”-deyib.

Dərhal hadisə yerinə baxış keçirən Hacıqabul rayon Polis Şöbəsi və prokuruorluq əməkdaşları 81 yaşlı kişini həbs edərək istintaqa cəlb ediblər.

“Hadisəyə ilkin ehtimal kimi aralarında şəxsi münaqişə baş verməsidir. Lakin daha dəqiqi aparılan dindirilmələrdən sonra məlum olacaq”-deyə müstəntiq əlavə edib.

Faktla bağlı Hacıqabul prokururluğunda dindirilmələr davam edir./ans/
698 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber