Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Avqust 2015

Davudoğlunun iqtidarda son günü ola bilər

CHP-AKP koalisiyası mümkün olmasa, ölkəni xilas edəcək yeganə düstur CHP-MHP hökumətidir.

Bu barədə Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) baş katibi Gürsəl Tekin deyib. O, bu hökumətin Türkiyəyə çox fayda verəcəyini bildirib:

“Bu gün Baş nazir Əhməd Davudoğlu ilə CHP lideri Kamal Kılıçdaroğlu arasında görüş koalisiya ilə nəticələnməsə, Davudoğlu dərhal prezidentin yanına gedib, hökuməti qura bilmədiyini deməlidir. Çünki Konstitusiya bunu tələb edir. Bundan sonra isə Prezident Rəcəb Tayyib Ərdoğan hökuməti hökuməti formalaşdırma vəzifəsini dərhal Kılıçdaroğluna verməlidir. Əks halda Konstitusiya pozulmuş olacaq. Belə olan halda qurulmalı olan hökumət kənardan HDP-nin dəstəyi ilə CHP-MHP koalisiyasıdır. Mən MHP sədri Dövlət Baxçalıya səslənirəm: gəlin, bir illiyinə CHP-MHP koalisiyası yaradaq və Türkiyəni qarşıdurmalardan xilas edək”.

Qeyd edək ki, bu gün yerli baxtla saat 18:00-da Başnazirlikdə Davudoğlu ilə Kılıçdaroğlu arasında AKP-CHP koalisiyası barədə həlledici görüş keçiriləcək./axar/
606 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...