Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Avqust 2015

Hizbullah: İŞİD və əl-Nüsrət cəbhəsinə Livan sərhədlərində düşərgə salmağa icazə verməyəcəyik!

Nur-az.com shia-news.com-a istinadən:
Hizbullah İcraiyyə Komitəsi sədr müavini şeyx Nəbil Qavuq məntəqədə əmniyyətin stabilliyi üçün təşkil edilən “14 mart Birləşmiş Qoşunları”nı üç il Livanı terrorizmin təhlükəsindən yayındırmaqda ittiham edib. O, deyib ki, bu qoşunlarda “təkfir” və ya ifrat terrorizmlə (İŞİD) mübarizəyə dair heç bir perspektiv görünmür və əksinə olaraq bu Hizbullahdır ki, onlara qarşı daha dəqiq strateji mövqeyə malik olub və olacaqdır. Hələ onların (14 mart BQ) o zaman “Cərud İrsal” və “Bələbək”də yerləşən əl-Qaidənin ünsürlərinin inkarının unudulmadığı halda, indi də, Suriyanın əl-Riqqə məntəqəsindən Livanın şərqinə doğru İŞİD ünsürlərinin nüfuzunu məxfi saxlamağa çalışır. Bu gizli fəaliyyətlər bizim üçün artıq gün kimi aydındır. Müqavimət heç vaxt sırf milli vəzifəsi ilə kifayətlənməyəcək və İŞİD, əl-Nüsrət cəbhəsi və digər terrorist qruplarını əl-Qəsir və əl-Qələmunda məğlub etdiyi kimi, onların bütün gələcək planlarını da, alt-üst edəcək. Müqavimət cəbhəsi qələbə çaldıqca, başda İsrail olmaqla İŞİD və digər terrorist qrupların havadarları da, ardıcıl naümid olurlar. Hizbullah heç vaxt Livan sərhədlərində İŞİD və əl-Nüsrət cəbhəsi kimi terrorist ünsürlərə düşərgə salmağa icazə verməyəcək və bu mübarizə onların sonuna qədər davam edəcək. Nəticə bizim üçün tamamilə aydındır: Livanın terrorist qüvvələri üzərində kamil zəfəri!...
658 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber