Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Avqust 2015

11 avqustda gözlənilən hava şəraiti

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə:
Bakıda və Abşeron yarımadasında
Avqustun 11-də hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu Abşeron yarımadasında gecə 22-26, gündüz 30-35, Bakıda gecə 22-24, gündüz 32-34 dərəcə isti olacaq.
Atmosfer təzyiqi 761 mm civə sütunundan 758 mm civə sütununa enəcək, nisbi rütubət gecə 65-75, gündüz 40-50 faiz təşkil edəcək.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu: Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 24-25, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 25-26, Türkan, Hövsan, Şıx, Sahildə 26-27 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında
Avqustun 11-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 19-24, gündüz 33-38, dağlarda gecə 13-18, gündüz 24-29 dərəcə isti olacaq.
688 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı