Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Avqust 2015

Aerodrom uğrunda döyüşdə 200 İŞİD-çi öldürüldü

Suriya ordusu Hələb şəhəri yaxınlığındakı “Kuveyris” hərbi-hava bazasına hücuma keçən İŞİD terror qruplaşmasının 200-dən çox silahlısını məhv edib. “RİA Novosti”nin verdiyi xəbərə görə, bu barədə “Sputnik” agentliyi məlumat yayıb.

“Aerodromun müdafiəçiləri hücumu dəf edərək ön müdafiə xəttini möhkəmləndirməyə müvəffəq olublar. Biz düşmənin 5 tankını vurduq. Hücum edənlərin bir qismi əsir götürüldü, əksəriyyəti xarici muzdlu olan 200-dən çox silahlı öldürüldü”, deyə mənbə bildirib.

Mənbənin sözlərinə görə, mühasirədə olan “Kuveyris” hərbi-hava bazası ilk dəfədir ki bu cür güclü hücuma məruz qalıb. Terrorçular gecə vaxtı hücuma keçib. Qızğın döyüş zamanı bir general və iki yüksək rütbəli zabit daxil olmaqla 100-dək suriyalı hərbçi həlak olub.
689 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
17.02.18, 16:42
Suriya ordusu Afrinə girdi
17.02.18, 09:43
“Vatsap”da yenilik
15.02.18, 12:08
Zil-qurba kimdir?
Go to TOP