Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Dekabr 2013

Hizbullah İsraildən intiqam alacağını açıqladı

İsrail rejimi isə ordusuna tam hazırlıq əmri verib

FaktXəbər-in verdiyi məlumata görə, Hizbullah təşkilatının komandanlarından biri olan Həssan Əl-Ləqisin sui-qəsd zamanı həyatını itirməsindən sonra İsrail rejimi qorxuya düşüb. Artıq İsrail rəhbərliyi ordusuna tam hazırlıq əmri verib. Buna səbəb isə Hizbullah təşkilatının baş verən qətldə MOSSAD-ı günahlandırması və bununla bağlı intiqam alınacağını bəyan etməsidir.

Məlumat üçün bildirək ki, Hizbullah - Livanda üzvləri həm sivil, həm də əsgərlər olan şiə inanclı insanların təşkilatıdır. Hizbullah təşkilatıbı livanlılar İranda İslam inqilabının qələbəsindən ruhlanaraq 1982-ci ildə təsis edib. Təşkilat Livanın cənub hissəsini işğal etməkdə olan İsrail qüvvələrinin həmin ərazilərdən çıxarılması məqsədilə yaradılıb.

Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) Livanda fəaliyyət göstərən Hizbullah müqavimət hərəkatı ilə bağlı hazırladığı əvvəlki hesabatlarda açıqlayıb ki, təşkilatın 65 minlik ordusu ilə heç bir ölkə müharibə etmək iqtidarında deyil. NATO yaydığı hesabatda bildirilir: "Hizbullah təşkilatının ümumilikdə 65 minlik ordusu var. Ordu üzvlərinin hər biri xüsusi təlim görmüş döyüşçülərdir. Onlardan 15 mini isə daha yüksək döyüş təlimi almış xüsusi təyinatlılar hesab edilir. Bu döyüşçülər böyük ruh yüksəkliyinə malikdirlər."
1823 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi