Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Avqust 2015

Cənubi Koreyadan şimala: "Bunun əvəzini çıxacağıq"

"Düşmən qardaş"lar - Cənubi Koreya ilə Şimali Koreya sərhədində təmizlənmiş ərazidə mina partlayıb.

Hadisə nəticəsində iki Cənubi Koreya əsgəri ağır yaralanıb.

Cənubi Koreyadakı Birləşmiş Millətlər Komandirliyi (UNC) avqustun 4-də sərhəd bölgəsində baş verən hadisənin məsuliyyətini Şimali Koreyanın daşıdığını bildirib. Daha sonra Cənubi Koreya Baş Qərargah rəhbərliyinin səlahiyyətli nümayəndəsi açıqlama verərək hücumu qınayıb:

"Şimali Koreyaya bunun əvəzini ödətdirəcəyik".

Xatırladaq ki, Cənubi və Şimali Koreya Koreya müharibəsinin 1953-cü ildə atəşkəs elanı ilə başa çatması ilə bir-birindən ayrılıb.

Avqustun 4-də baş verən partlayışdan sonra ərazidə aparılan araşdırmalarda 3 taxta qutu mina tapılıb. Partlayıcıların Şimali Koreya tərəfindən istifadə edilən minalarla eyni olduğu müəyyənləşib. Şimali Koreya əsgərlərinin minaları yerləşdirmək üçün Cənubi Koreya sərhədini 500 metr pozduqları ortaya çıxıb./axar/
593 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 08:09