Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Avqust 2015

Nefti unutmaq olarmı?

Yaxud qara qızılın ürəyimizdəki xatirələri

Etiraf edək ki, biz unutqan adamlarıq. Bizə pislik edənləri də, pisliklərin çeşidini də unuda bilirik. Məhz bu xarakterimizə görə bizə “ağ” yalanlar danışmaq, uğur nağılları söyləmək mümkün olur. Özümüz ağır şəraitdə yaşadığımz halda, AzTv-nin saxta cənnətinin təsirinə düşə bilirik. Hətta öz faktiki vəziyyətimizi də unuduruq. Hakimiyyət də bizim unutqanlığımızdan agahdır.
Qarabağ boyda dərdini unudan topluma, nəyi istəsən unutdurmaq olar. 20 ildən artıqdır ki, bu ölkədə neft hökmranlığı var. Hamı yaddaşının bir hissəsinə “neft gəlirləri” ifadəsini həkk elətdirib. Hakimiyyət uzun illər bu neft və qaza görə dünyaya meydan oxuyub, “bizim öz yolumuz var” deyib, müxtəlif ölkələrdə milyonluq layihələr həyata keçirib və s. Yəni neft pullarına arxayın olub dünyanın başına şabaş atıblar. Indi isə bu əjdaha neft, dovşana çevrilib. Daha neft pulları ilə meydan sulamaq dövrü arxada qalıb. Ona görə də ölkə başçısı Ilham Əliyev Şabran rayonunda, “Qalaaltı Hotel & SPA” müalicə-istirahət kompleksinin açılışında belə bir fikir söylədi: “Biz nefti, qazı kənara qoymalıyıq, ümumiyyətlə, unutmalıyıq”. Biz xalq olaraq neftin üzünü heç vaxt görmədik. Neft şöhrətli olanda bizə tərəf baxmadı. Amma adını o qədər eşitmişdik ki, görməsək də doğma biri olduğunu başa düşürdük. Amma nefti unutmasaq da əlimizi çoxdan üzmüşük. Qara neft bu xalqa deyil, bu hakimiyyətə ağ günlər nəsib etdi. Bu hakimiyyət isə həmişə xalqdan unutmağı tələb etdi. Uzun illər bizə “Qarabağı unudun”, “Şəffaf seçkini unudun”, “monopoliyasız iqtisadiyyatı unudun”, “müstəqil məhkəməni unudun” mesajı verildi. Indi də adı bizim, dadı hökumətin olna nefti unutmalıyıq.
Amma başqa bir reallıq da var. Axı bizim neftdən başqa şöhrətli nümayəndəmiz yoxdu. Birdən nefti dəfn eləsək, bu Azərbaycan adlı ailəni kim dolandıracaq? Iqtisadçı ekspert Qubad Ibadoğlu deyir ki, əgər nefti unutsaq, ucaltdığımız dağlar yıxılacaq. “Onda ötən il dövlət büdcəsinin gəlirləri 18,4 milyard deyil, 6,5 milyard manat, ixrac 21,8 milyard deyil, 1,8 milyard ABŞ dolları olardı. onda ÜDM-in 39 faizini, büdcənin 65 faizini, ixracatın isə 85 faizini itiririk. Onda ötən il bizim ÜDM 59 milyard deyil, 36 milyard manat, adambaşına illik gəlirlər 6264 deyil, 3821 manat, dövlət büdcəsinin mədaxili 18,4 milyard deyil, 6,5 milyard manat, cəmi ixrac 21,8 milyard deyil, 1,8 milyard ABŞ dolları olardı”.

Göründüyü kimi, nefti unutmaq hökumətin təsəlli rəqəmlərini də unutmaq deməkdi. Nefti unutmaq “analoqsuz inkişaf”ı unutmaq deməkdi. Nefti unutmaq, Gürcüstanın, Ermənistanın büdcəsinə yaxınlaşmaq deməkdi. Nefti unutsaq, nəyi xatırlayacağıq? Təhsilimizin, səhiyyəmizin, kənd təsərrüfatımızın, iqtisadiyyatımızın, hüquq sistemimizin, elmimizin, sənayemizin xatırlancaq tərəfi yoxdur axı. Bu hakimiyyət insanların sevinclə xatırlaya biləcəyi nümunə yaratmayıb.
Qəribə siyasətdi, hökumət yarıtmaz siyasətinin acı nəticələrini unutdurmağı təklif edir. Azəri-Çıraq-Günəşli yatağından gələn 115 milyardı unutmaq ədalətsizlik olardı. Əslində, biz nefti unutmağa cəhd edərdik. Amma ofşorlardakı milyardlar, məmurların milyonluq villaları, şirkətləri, avtomobilləri, bankları, məmur övladlarının harın həyat tərzi nefti hər an yadımıza salır.
Hakimiyyət bu xalqın ürəyinə “neft dağı” çəkib. Bəli, neft milyardları ürəklərə “tatuirovka” kimi həkk olunub. Indi bu xeyirsiz övladı necə unudaq?
Qara qızılı qara camaatdan gizlədə-gizlədə xalqı qara günə saldılar. Indi də unutdurmaq sevdasına düşüblər.
Xatırlamaq üçün başqa nümunəmiz yoxdursa, bu şirin dərdi unutmaq olmaz. Bəlkə də neft olmasaydı ölkədə bu qədər ədalətsizlik, korrupsiya, özbaşınalıq, insan faciəsi olmazdı. Allah bu “övlad”ı bizə nəsib elədi, amma biz bu övladı yaxşı “tərbiyə” edə bilmədik. Onun şıltaqlığına, bədxərcliyinə, kobudluğuna xalq olaraq reaksiya verə bilmədik. Hamımızın övladı olan neft bir qrup adamın təsiri altına düşdü və pozuldu.
Bir sözlə, hakimiyyətə vətəndaşların kütləvi amneziyası lazımdı. Vətəndaşın xatırlaya bilməsi, keçmişi yada salması hökumətə sərf eləmir.
Çalışın, özünüzü unutmayın.

İlham/azadlıq
869 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
04.12.16, 16:28