Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Avqust 2015

Kürdlər Türkiyədə muxtariyyət elan etdi

Kürdlərin Demokratik Bölgələr Partiyası (DBP) Türkiyənin Şırnak vilayətində muxtariyyət elan edib.

Bu barədə ictimaiyyətə partiyanın Şırnak rəhbəri Saleh Gülənç məlumat verib. O, bölgədəki dövlət qurumlarının öz legitimliyini itirdiyini bildirib:

“Türkiyə Şimali İraqda PKK-nın sığındığı bölgələri bombalamaqla Kürdüstanın bütün dağlarını vəhşicəsinə məhv edir, kəndlərini boşaldıb, 90-cı illərə bənzəyən sanki soyqırım həyata keçirir. Buna nümunə kimi Zergələ kəndinin (Şimali İraqda) bombalanması nəticəsində 8 vətəndaşımızın öldürülməsini göstərə bilərik. Sonuncu dəfə isə avqustun 7-də xalqımıza qarşı reallaşdırılan hücumda 3 günahsız insan öldürüldü. Biz Şırnak Xalq Məclisi olaraq, bu qırğınlar qarşısında dövləti rədd etmirik, lakin şəhərdə olan bütün dövlət qurumları bizim üçün legitimliyini itirib. Artıq dövlətin təyin etdiyi heç kəs bizi idarə edə bilməz. Bundan sonra özümüz-özümüzü idarə edəcəyik. Bundan sonra baş verəcək bütün hücumlar qarşısında da müdafiə olunacağıq”. /axar/
637 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı