Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Avqust 2015

Daim yorğun olmağınızın ağlınıza gəlməyən səbəbləri

Gündəlik həyatda etdiyimiz bəzi hərəkətlər əslində enerjimizin azalmasının əsas səbəblərindəndir.
Özünüzü daim yorğun hiss edirsinizsə, bunun bəzi önəmli səbəbləri ola bilər. Bu yazıda qeyd olunan məlumatlara göz gəzdirərək yorğunluğunuzun səbəbini öyrənə bilərsiniz.
- Təxmin olunanın əksinə olaraq məşq etmək insanı yormur, enerji verir. Həftədə 3 dəfə mütləq məşq edin.
Sağlam insanın özünü yaxşı hiss etməsi üçün mütləq bədənini çalışdırması lazımdır. Yoxsa yataqdan belə çıxmağa həvəsi olmaz.
- Yetərli qədər su içməmək bədəninizi yorğun salır və özünüzü bitkin, əldən düşmüş hiss etmənizə səbəb olur.
Beyninizdən tutmuş əzələlərinizə qədər bədəninizin hər hüceyrəsinin suya ehtiyacı var.
- Dəmir çatışmazlığı özünüzü halsız, əsəbi və zəif hiss etməyinizə, diqqətinizi toplamaqda problemlər yaşamağınıza səbəb olur. Bu halda əzələlərə oksigen getmir.
Anemiya riskinə də səbəb ola bilən dəmir çatışmazlığından qorunmaqüçün qidalanma rejiminizə diqqət edin. Lazım gəldikdə dəmirin tənzimlənməsi üçün həkiminə müraciət edin.
- Mükəmməliyyətçilik xəstəliyi bədəninizi həddindən artıq yormağa və nəticədə enerjinizi itirməyinizə səbəb olur.
Realist olun. Hədəflərini təyin edin və vaxtınızı düzgün nizamlayın. Onları hissələrə bölməyin. Bir işi sakitcə yerinə yetirib sonra başqa işə keçin.
- Hər zaman neqativ düşünmək, fəlakət ssenariləri hazırlamaq bədəninizi və zehninizi yorur. Məsələn, müdiriniz sizi hər çağırdıqda işdən qovulmaq həyəcanının yaşayırsınızsa, yorulursunuz.
Pozitiv düşünün və həyatı axarına buraxın. Rahatlayın.
- Səhər yeməyi günün ən önəmli yeməyidir və bu günə başlama yeməyini ötürürsünüzsə, özünüzü yorğun hiss etməyiniz normaldır.
Günə səhər yeməyi ilə başlamaq bədəninizə enerji verən ən önəmli amildir. Səhər yeməyi yemədən özünüzü yaxşı hiss etməyiniz çətindir.
- Qandakı şəkər səviyyəsini sürətlə yüksəldən karbohidratlardan uzaq durum. Qan şəkərinizin qəfil qalxıb-düşməsi yorğunluğa səbəb olur.
Ən sağlam qida taxıl, yağsız protein kombinasiyasıdır. Toyuq, meyvə və salatlar da münasib seçim ola bilər.
- Əgər həyatınızdakı insanlara yox deməyi öyrənməsəniz, bu özünüzü bədbəxt hiss etmənizə və enerjinizin azalmasına səbəb olur. Başqalarının xətrinə dəyməmək üçün özünüzü üzməyin.
- İş sahənizin istər evdə, istərsə də ofisdə dağınıq olmamasına diqqət edin. Dağınıq masalar zehninizi və bədəninizi yorar.
- Əgər tətilə çıxa bilmirsinizsə, tətildə belə işləyirsinizsə, o zaman yorgunluğunuz heç bitməyəcək deməkdir. Fasilələrin nə qədər önəmli olduğunu unutmayın.
- Yatmazdan əvvəl bir bardaq şərab içməyə üstünlük verənlər və ya müntəzəm olaraq alkoqollu içkilərdən istifadə edənlər, ilk zamanlar bu sizə münasib variant kimi görünsə də, xroniki yorğunluğa səbəb olur.
- Yatağınızın başına telefon, planşet, noutbuk kimi alətlər qoymayın. Bədəninizin melatonin balansını pozmayın.
- Gün ərzində qəbul etdiyiniz kofein miqdarına nəzarət edin. Həddindən artıq kofein qəbul etmək sizi halsız və üzgün hala gətirə bilər./Saglamolun/
1068 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 11:48