Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Avqust 2015

"Türkiyənin hər nöqtəsində kamikadzelər partlayacaq"

PKK polis məntəqələrinə bomba yüklü avtomobillərlə hücumlara hazırlaşır.

Bu barədə Ankarada təşkil edilən təhlükəsizlik toplantısında bildirilib.

Toplantıda ölkənin bütün vilayətlərinin təhlükəsizlik strukturları PKK-nın qarşıdakı planları barədə məlumatlandırılıb. Bildirilib ki, PKK Türkiyənin Yaxın Şərqdə təhlükəli və vətəndaş müharibəsi yaşayan bir ölkə imicini yaratmaq üçün hücumlarını şəhərlərə daşıyacaq, terror aktları üçün xüsusilə gündüz saatlarını seçəcək.

Son 2 ayda təslim olan 15 PKK üzvünün ifadələrinə görə, terror təşkilatı böyük şəhərlərdə çamadan, qazan, gəlin boxçası və beşik kimi daha az diqqət çəkən əşyaların içinə yerləşdirdiyi A-4, C-4 və TNT tipli partlayıcılarla hücumlar həyata keçirməyi planlaşdırır.

Bundan başqa, PKK-nın tibbi yardım və restoran xidmətçisi təhsili alan üzvlərini ölkənin qərb vilayətlərinə göndərəcəyi deyilir.
697 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
Go to TOP