Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Avqust 2015

Almaniyalı və fransalı İŞİD-çilər məhv edildi

İraqın Ər Ramadi və Mosul şəhərləri yaxınlığında Almaniyanın 4 və Fransanın 2 vətəndaşı daxil olmaqla İŞİD terror qruplaşmasının 10-dan çox silahlısı məhv edilib. “RİA Novosti”nin verdiyi xəbərə görə, bu barədə “Əs-Səmariyyə” telekanalına hərbi mənbələr məlumat verib.

Məlumata görə, İraq ordusunun İŞİD-in Ər Ramadi şəhərinin şərqindəki mövqelərinə endirdiyi zərbələr nəticəsində azı 5 terrorçu ölüb. Fransa və Almaniyadan olan muzdlular isə Mosulun mərkəzində quraşdırılmış minaya düşərək ölüblər.

Qeyd edək ki, Anbar əyalətinin inzibati mərkəzi olan Ər Ramadi şəhəri bu ilin may ayından İŞİD silahlılarının nəzarətindədir.
593 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.12.16, 00:39