Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Avqust 2015

Azərbaycanda maliyyə böhranı kritik həddə - Bank və şirkətlər çökür

Neftin ucuzlaşması Azərbaycanda yaranmış maliyyə böhranını getdikcə dərinləşdirir. Dünən daha bir bank maliyyə böhranı üzündən fəaliyyətini dayandırdı. 1 saylı Bakı Inzibati-Iqtisadi Məhkəməsi lisenziyası ləğv olunan “Evrobank” ASC-nin müflis elan olunması ilə bağlı qərar qəbul edib.

Bundan başqa, “Bank VTB Azərbaycan”da vəziyyət ürəkaçan deyil. Doğrudur, 6 ayın yekunlarına həsr olunmuş mətbuat konfransında bankın pərakəndə biznesin inkişafı departamentinin direktoru Tural Vəliyev “Bank VTB Azərbaycan”ın bu il üçün nəzərdə tutulan planları yerinə yetirdiyi deyib. O qeyd edib ki, problemli kreditlərin artması devalvasiyadan sonra müştərilərin kreditlər üzrə ödənişlərində gözləmə mövqeyi tutmaları ilə bağlı olub.

Lakin bankın saytında yerləşdirdiyi maliyyə hesabatları Tural Vəliyevdən fərqli məlumat verir. Hesabatlara görə, Bankda problemli kreditlər 2013-cü ildən başlayaraq çoxalır. Ödəmə vaxtı keçmiş kreditlərin kredit portfelində xüsusi çəkisi ildən-ilə iki dəfə artıb. Maliyyə hesabatlarına görə, 30 iyun 2015-ci il tarixində “Bank VTB Azərbaycan”da vaxtı keçmiş kreditlərin ümumi məbləği 54 milyon 382 min manat təşkil edib ki, bu da Bankın 337 milyon 835 min manat olan cəmi kredit portfelinin 16,1 faizinə bərabərdir. Halbuki, 2013-cü ilin birinci yarımilində Bankda ödəmə vaxtı keçmiş kreditlərin məbləği cəmi 3,9 milyon manat, kredit portfelində xüsusi çəkisi 3,6 faiz, ötən ilin birinci yarımilində isə müvafiq olaraq 17 milyon 827 min manat və 8,3 faiz idi (marja.az).

Concact.az isə məlumat yayıb ki, Azərbaycan bankları I yarımildə depozit hesabına nağd şəkildə 374 milyon 324 min manat (1,97 dəfə az, ötən ilin 1 iyulu üçün 738 milyon 299 min) qəbul edib. Amma Mərkəzi Bankın hesabatına görə, depozitlər üzrə ödənişlər 1,89 dəfə artıb - 918 milyon 560 min (ötən il 487,01 milyon manat). Yəni fevral devalvasiyası nəticəsində banklar əmanətçilərin etimadsızlığı üzündən 795,53 milyon manat itirib.
Mərkəzi Bankdan Fins.az-a verilən məlumata görə isə, ilin 1-ci yarısında ölkəyə 511 milyon dollar pul göndərilib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 36 faiz azdır.

Maliyyə böhranı iri şirkətlərin fəaliyyətinə də sarsıdıcı zərbə vurub. Artıq “KIA Azərbaycan” satış mərkəzlərini bağlamağa başlayıb. Şirkətin icraçı direktoru Zəka Əlibəyov fins.az-a bildirib ki, avtomobillərin bahalaşması və kredit şərtlərinin sərtləşdirilməsi nəticəsində avtomobillərin təkrar bazarda satışı 55 faiz, yeni avtomobillərin satışı isə 80 faizə yaxın azalıb. Şirkət rəsmisi deyib ki, satışların azalması səbəbindən “KIA Motors” bəzi satış mərkəzlərini bağlamalı olub. “Bu proses davam edəcək. Ilin sonuna kimi 2-3 satış mərkəzi bağlanacaq. Satışlar azaldığı üçün Badamdar, AMAY Ticarət Mərkəzinin yaxınlığında və Masallıdakı rəsmi dillerlərimiz bağlanıb. Bu normal haldır ki, satışlar azalanda xərcləri ödəyə bilmədiyi üçün dillerlər bağlanır”, - deyə Zəka Əlibəyov vurğulayıb./Azadliq.info/
659 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı