Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Avqust 2015

Kerri: “Çin maraqlarımıza hücum edir”

Rusiya və Çin asanlıqla mənim elektron poçtuma giriş əldə edə bilərlər.

Bunu CBS telekanalına müsahibəsində ABŞ Dövlət katibi Con Kerri söyləyib. Onun sözlərinə görə, Moskva və Pekin son günlər Amerikanın maraqlarına hücum edirlər:

“Biz bu məsələni çox sərt şəkildə Çinlə dialoqumuz zamanı qaldırmışıq. Kibertəhlükəsizlik məsələsi Obama və Çin rəhbəri Si Tsinpinin görüşündə də əsas müzakirə məsələsi olacaq”.

Qeyd edək ki, bundan öncə Çin hakerlərinin ABŞ vətəndaşlarının məlumatını ələ keçirdiyi haqqında məlumat yayılmışdı. Məlumatda bu şəxslərin siyahısında ABŞ-ın Çindəki bütün gizli agentlərinin adı olduğu bildirilmişdi. /axar/
753 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
02.12.16, 23:50