Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Avqust 2015

Kim Çen In baş nazirin müavinini güllələdi

Koreya Xalq Demokratik Respublikasında baş nazirin birinci müavini Çxve Yon Qon güllələnib. Bu barədə ölkənin kütləvi məlumat vasitələri bildirib.

Müvafiq əmr şəxsən ölkə lideri Kim Çen In tərəfindən verilib. Buna səbəb Çxve Yon Qonun ölkə rəhbərliyi tərəfindən meşə təsərrüfatı sahəsində aparılan siyasəti tənqid etməsi olub.

2015-ci ilin may ayında Şimali Koreyanın müdafiə naziri Xen Yon Çxolun edam edilməsi barədə məlumat yayılıb. Nazirin yüzlərlə insanın gözu qarşısında zenit topundan güllələndiyi bildirilirdi.


Müdafiə nazirin edam edilməsinə səbəb onun hərbi parad zamanı mürgüləməsi olub.

Cənubi Koreya parlamentinin kəşfiyyat məsələləri üzrə komitəsinin üzvlərinin əldə etdiyi məlumata görə, bu il ərzində Şimali Koreya Xalq Demokratik Respublikasında ümumilikdə 15 yüksək rütbəli məmur edam edilib.

2013-cü ildə Koreya lideri öz doğma dayısı, Dövlət müdafiə komitəsinin rəis müavini vəzifəsini tutan Çan Son Txekin həbs edilib güllənməsi barədə göstəriş verib./ans/
1077 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı
Go to TOP