Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Avqust 2015

Kənddə paltarsız gəzdi, kənd sakinini bıçaqladı

Daşkəsəndə bıçaqlanma hadisəsi baş verib. Hadisə rayonun Alaxançanlı kəndinə qeydə alınıb.

Daşkəsən rayon Polis İdarəsindən verilən məlumata görə, Alaxançanlı kənd sakini 1978-ci il təvəllüdlü Hikmət Nəsrəddin oğlu Namazov ailəsi ilə birlikdə kənd ərazisindəki yolla gedərkən, yolun kənarında dayanmış 1977-ci il təvəllüdlü Gəncə şəhər sakini Taleh Abbas oğlu Məmmədovla aralarında mübahisə yaranıb.

Mübahisəyə səbəb isə Gəncə sakininin kənd ərazisində üst geyimsiz dolaşması olub.

Hikmət Namazov Taleh Məmmədova “mən ailəmlə gəlirəm sənsə qadın, qız gözləmədən paltarsız dolaşırsan” deyə iradını bildirib. Danlanmağı qəbul edə bilməyən T. Abasov əlindəki bıçaqla H. Namazovun üz nahiyəsindən zərbə endirib.

Yaralını dərhal Daşkəsən Rayon Mərkəzi Xəstəxanasına, oradan isə Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına gətiriblər.

Hazırda vəziyyəti orta ağırdır.

Hadisəni törətməkdə şübhəli bilinən Taleh Məmmədov tutularaq istintaqa təhvil verilib./ans/
667 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı