Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Avqust 2015

İŞİD-ə qoşulmaq istəyən azərbaycanlı Ankarada saxlanılıb

İŞİD terror təşkilatına qoşulmaq üçün Suriyaya getmək istəyən azərbaycanlı Ankarada, Esenboğa hava limanında saxlanılıb.

NTV kanalının verdiyi məlumata görə, Ankara Polis İdarəsinin terrorla mübarizə idarəsi əməkdaşları Azərbaycandan Ankaraya gələn təyyarədə İŞİD-ə qatılmaq üçün Suriyaya getməyi planlaşdıran şəxsin olması barədə məlumat alıblar. Polis əməkdaşları Esenboğa hava limanında 49 yaşlı azərbaycanlı Bəkir Qalibovu saxlayaraq, üzərində axtarış aparıblar. Onun üzərindən müdafiə jileti, tibbi ləvazimatlar, dərman preparatları, şpris aşkar edilib. Şübhəli şəxs polis şöbəsinə aparılıb. Onun Azərbaycana deportasiya ediləcəyi bildirilir./apa/
1020 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.12.16, 00:39