Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Avqust 2015

Hökumət ilin əvvəlində yeni qeyri-leqal qoçu dəstələri toplayıb

“Ötən yanvar ayından növbəti yanvar ayına qədər aylıq maaş veriləcəyi nəzərdə tutulsa da, bu dəfə də səlahiyyətlilər xislətlərindən geri durmayıblar, yanvar və fevral ayının pulunu mənimsəyiblər”.

Bu ilin əvvəlində iqtidar yeni qeyri-leqal qoçu dəstələri toplayıb.

Onların toplanmasına səbəb baş verə biləcək olayların qarşısını zamanında almaqdır. Onların sayı barədə dəqiq məlumat verilməsə də bir neçə min olduğu bildirilir. Bu barədə dəstənin formalaşmasında rolu olan şəxslərdən biri conflict.az-a danışıb.
Məlumata əsasən qoçu dəstələri onbaşı, yüzbaşı sistemi ilə idrə olunur. Dəstəyə iri cüssəli 35 yaşa qədər insanlar, idmançılar götürülüb. Dəstənin tərkibində bir vaxtlar ruhi dispanserdə yatan psixi cəhətdən problemləri olan insanlar da var və bu onları cinayət törətdiyi zaman məsuliyyətdən azad edə bilər. Razılaşmaya əsasən həmin şəxslərə plastik kartlar vasitəsi ilə aylıq 300-500 manat ödənilir. Onların müxtəlif bölgədəndirlər. Dəstəyə rəhbərlik edən onbaşı və yüzbaşıların tapşırığı belə olub, “ telefonunuz hər zaman açıq olacaq. Istənilən vaxt sizi çağıra bilərlər. Ən qısa zamanda deyilən yerdə olmalısınız”. Mənbənin məlumatına görə, qoçulara plastik kartlar əsasən fevral-mart aylarında təqdim olunub. Ötən yanvar ayından növbəti yanvar ayına qədər aylıq maaş veriləcəyi nəzərdə tutulsa da, bu dəfə də səlahiyyətlilər xislətlərindən geri durmayıblar, yanvar və fevral ayının pulunu mənimsəyiblər.

Məlumatda bildirlir ki, hakimiyyət istər Avropa Oyunları, istərsə də parlament seçkiləri dövründə hər an ölkədə hansısa xoşagəlməz hadisənin, etirazların, təxribatların və ya dini qruplaşmaların fəallaşmasından çəkinib. Ukraynada baş verən “Maydan” hərəkatından sonra hakimiyyətin balans siyasətinin dalana dirənməsi, Yaxın Şərqdə baş verən hadisələr, Rusiyanın Avrasiya ittifaqı ilə bağlı Azərbaycana basqıları, insan haqları ilə bağlı Avropadan gələn təzyiqlər hakimiyyəti silkələyib. Bundan başqa iqtisadi böhran, neftin qiymətinin düşməsinin Azərbaycana ciddi təsir göstərəcəyini gözəl bilən iqtidar nümayəndələri hələ ötən ilin sonunda manatın ucuzlaşmasını da proqnozlaşdırıbmış. Manatın devalvasiyasından sonra baş verən ciddi narazılıqlar, xaricdən gələn təsir hər an Azərbaycanda ciddi narazılıqların baş qaldırmasına səbəb ola biləcəyi nəzərə alınıb.
Mənbənin məlumatına görə, “Quska” ləqəbli Hüseyn Abdullayevin, “AMAY” Abdullanın və başqalarının aqibətindən sonra daxildə bu günə qədər etirazların, mitinqlərin dağıdılmasında mühüm rol oynayan iş adamlarının bir çoxunun hakimiyyətə inamı, hakimiyyətin isə onlara güvəni azalıb. Əslində iş adamlarının həbsində kredit borcları ilə yanaşı siyasi məsələlər də olub. İqtidarın güvəndiyi iş adamlarının bəziləri “qırmızı xətti” keçib və bununla bağlı hakimiyyətdə əvvəlcədən məlumatlar olub. Bu səbəbdən hakimiyyət güvəndiyi, onlara ən yaxın olanlara yeni dəstələr yaratmağı tapşırıb və bu plan bu ilin əvvəlində reallaşdırlıb.
850 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 12:09
Putindən dünyaya: