Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Avqust 2015

“Türkiyə vətəndaş müharibəsinə doğru gedir”

İngiltərənin “Daily Telegraph” qəzeti Türkiyədə baş verən terror aktları ilə əlaqədar bu günə qədər səsləndirilən ən qorxunc ssenarini qələmə alıb.

Türkiyənin PKK-ya qarşı həyata keçirdiyi əməliyyatların yalnız İŞİD-ə xeyir verəcəyini və ölkəni vətəndaş müharibəsinə aparacağını yazıb.

“Ötən ay Suruçda 32 nəfərin öldüyü terror aktından sonra Ərdoğan fikrini dəyişdirdi. Hücumdan sonra türk qırıcıları İŞİD-in Suriyadakı hədəflərini bombaladı. Ankara nəhayət İncirlik və digər bazaların Amerika qırıcıları üçün açılmasına icazə verdi”, - “Daily Telegraph” qəzeti qeyd edib.

Türkiyənin 1984-2013-cü illərdə PKK ilə döyüşündə 40 minə qədər vətəndaşını itirdiyini xatırladan qəzet hesab edir ki, hazırda baş verənlər Türkiyənin yeni bir vətəndaş müharibəsinə sürükləndiyini göstərir. “Daily Telegraph” bunun isə koalisiyanın İŞİD-lə mübarizəsinə mənfi təsir edəcəyini bildirib.
646 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 09:28