Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Dekabr 2013

Lənkəran stadionunda bomba həyəcanı

Anonim zəng yerli polisi ayağa qaldırdı

Azərbaycanda stadiona bomba qoyulması ilə bağlı polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin saytı bildirir ki, dekabrın 5-də saat 17.57-də Lənkəran şəhərində yaşayan və özünü təqdim etməyən şəxs DİN-in «102» Zəng Mərkəzinə telefon açaraq “stadiona bomba qoyulub, partlayacaq” deyərək dəstəyi asıb.

Dərhal Lənkəran Şəhər-Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb, məlumat təsdiqini tapmayıb.

Araşdırmalar nəticəsində məlum olub ki, yalan məlumatı verən şəxs Lənkəran şəhər sakini Alim Novruzov imiş.
1659 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber