Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Dekabr 2013

Hökumət suyun və qazın bahalaşacağını təsdiqləyir

“Elektrik enerjisinin qiymətini qaldırmağa hələ ehtiyac yoxdur, ancaq suyu bahalaşdırmaq lazımdır, nəzəri olaraq qazın da qiymətləri arta bilər...”

Azərbaycan hökumətindəki mənbə virtualaz.org saytının ölkədə elektrik enerjisinin, əhaliyə satılan təbii qazın və suyun da qiymətlərinin tezliklə qaldırılacağına dair yaydığı xəbərə reaksiya verib.

Mənbə bildirib ki, hökumət elektrikin və suyun qiymətini qaldırmağa hələ ehtiyac görmür.

“Elektrik enerjisinin qiyməti sonuncu dəfə 6 il bundan əvvəl qaldırılıb. O vaxtdan bu yana generasiya güclərinin effektivliyini kəskin artırmaq mümkün olub. Sektorda hazırda kifayət qədər yüksək rentabellilik mövcuddur və təbii qazın topdansatış qiymətinin 42 manatdan 80 manata qaldırılmasına baxmayaraq tarifləri artırmadan keçinmək mümkündür” - deyə mənbə ABC agentliyinə açıqlamasında bildirib.

Lakin qaynaq deyib ki, su təchizatı sektorunda vəziyyət başqadır. Bu sektorda daha yüksək tariflərə ehtiyac var, lakin qiyməti qaldırmağın vaxtı hələ çatmayıb: “Əvvəlcə istehlakçıların fasiləsiz içməli su ilə təminatını, maliyyə və ödəmə intizamını həyata keçirmək lazımdır. Yalnız bundan sonra tariflərin qaldırılmasına baxılacaq”.

Mənbə əlavə edib ki, nəzəri olaraq təbii qazın parakəndə satış qiymətlərinin artması mümkündür. Ancaq bu sektorda hələ su təchizatı sektorundakına bənzər islahatlar yekunlaşmayıb.

Xatırladaq ki, virtualaz.org saytı hökumətin iqtisadiyyatın neftdən asılılığını azaltmaq və qeyri-neft sektorunun real inkişafına nail olmaq üçün başlatdığı yeni iqtisadi siyasətin detalları barədə geniş yazıb. Tariflərin artırılması bu siyasətin başlanğıcı üçün nəzərdə tutulmuş əsas addımlardan biridir və hökumət büdcədə azalan neft gəlirlərinin yerini bu yolla doldurmağa, eyni zamanda ölkədə yüksək inflyasiyaya təkan verərək qeyri-neft sektorunda artıma nail olmağa hazırlaşır.

Bu siyasət çərçivəsində əhaliyə satılan təbii qazın, içməli suyun, elektrik enerjisinin da qiymətlərinin yanvar ayından artımı gözlənilir.
1868 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber