Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Avqust 2015

Hökumət dünyaya qaz satır, Cəlilabadın isə cəmi 40 faizində qaz var

Mirvari Qəhrəmanlı: «Bunun günahı Dövlət Neft Şirkətinin məsul şəxslərindədir»

Ölkədə qazlaşdırmayla bağlı rüsvayçı statistika var. Bakıya diqqət yetirmək, hətta paytaxtda da bu problem birmənalı şəkildə həllini tapmayıb. Tikilən və istifadəyə verilən yeni binaların əksəriyyəti qazla təmin edilməyib və bu problem ucbatından paytaxt əhalisi əməlli-başlı çətinlik çəkir.

Paytaxt belə olan vəziyyətdə, bölgələrdə bu problemin həllindən danışmaq ümumiyyətlə yersizdir. Çünki ucqar rayonları və kəndləri demirik, məsələn, Cəlilabad rayonunun qazlaşdırılması cəmi 40 faiz yerinə yetirilib. Maraqlıdır, paytaxtda və mərkəzə yaxın rayonlarda qazsızlıq problemi varsa, hökumət nədən dünyaya qaz ixrac etmək iddiasındadır? Özümüzdə problem olduğu halda, dünyanın diqqətini bu minvalla özünə çəkmək görəsən, nəyə lazımdır?


Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin rəhbəri Mirvari Qəhrəmanlı deyir ki, ölkədə qazlaşdırmanın başa çatması barədə yalanlar, struktur dəyişikliklərinin düzgün aparılmaması, kadr çatışmazlığı, eləcə də qaz itkisinin çox olmasına dair məlumatlar var. Hüquq müdafiəçisinin sözlərinə görə, real hesabatlara baxanda külli miqdarda qaz itkisinin olduğu görünür.

Mirvari Qəhrəmanlı başqa ölkələri qazla təmin etmək istəyən Azərbaycanın özündə qaz probleminin olmasını Dövlət Neft Şirkətinin məsul şəxslərinin günahı hesab edir: “Azərbaycan başqa ölkələri qazla təmin etmək və Avropaya qaz satmaq istəyirsə, təbii ki, bu məsələ şəffaflıqla həyata keçirilməlidir. Bizdə isə qaz probleminin olması Neft Şirkətinin məsul şəxslərinin günahı ucbatından baş verir. Məsuliyyətsizlik, hesabatlılığın açıq və şəffaf olmaması, eləcə də qaz itkisinin çox olması bu problemin tərkib hissələridir”./azadlıq/
610 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi