Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Avqust 2015

Çində güclü partlayış: 42 ölü, yüzlərlə yaralı

Çinin Tyantsin şəhərində baş verən güclü partlayış nəticəsində ölənlərin sayı 42-yə çatıb.

“Sina” agentliyinin verdiyi məlumata görə, hadisə yerinə cəlb edilmiş 20 yanğınsöndürənin taleyi məlum deyil.

İtkin düşmüş yanğınsöndürənlərlə əlaqə təkrar partlayışdan sonra kəsilib.

***

Azı 400 nəfər xəsarət alıb, onlardan 32-nin vəziyyəti ağır kimi qiymətləndirilir.

Yanacaq anbarında baş verən partlayış nəticəsində yaxınlıqdakı bina uçub, onlarla tikiliyə ziyan dəyib. Eyni zamanda dağıntılar altında insanların qaldığı bildirilir.

Partlayışın gücü elə həddə olub ki, yerli seysmoloji mərkəz tərəfindən qeydə alınıb. Məlumatlara görə, partlayış qonşu Xebey əyalətinin bir sıra bölgəsində hiss edilib.

Hazırda yanğınsöndürənlər partlayışdan sonra əmələ gəlmiş yanğını lokallaşdırmağa çalışır./apa/
598 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.12.16, 09:14