Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Avqust 2015

Qubalılar icra başçısına etiraz etdi (VİDEO)

İcra nümayəndəsinin vədləri sakinlərin sakitləşdirmədi.
Qubanın Zərdabi kəndinin sakinləri susuzluqdan əziyyət çəkir.

Qubanın vaxtilə iri meyvəçilik sovxozu olan Zərdabi qəsəbəsində indi susuzluqdan əziyyət çəkir. Yayın bu istisində su sarıdan qıtlıq sakinlərin güzəranını olduqca çətinləşdirib. 

Üç aydır içməli və suvarma suyundan korluq çəkdiklərini deyən Sona Allahverdiyeva ürək ağrısı ilə həyətindəki qurumuş agacları şahid gətirir:

“Mən su istəyirəm, su. Hər şeyi təmin edən isə hava və sudur. Həyatda insana bunlar lazımdı. Əgər hava və su varsa, insan yaşayır. Yoxdursa, insan ölür, mən indi ölürəm”.

Sakinlər artıq üç aydır rayonun əlaqədar qurumlarının onların probleminə laqeyd yanaşdıqlarını bildirdi. Çıxış yolu kimi qəsəbəyə su maşınları gəndərilməsi isə narazı sakinləri heç də qane etmir.

“Ümumilikdə 300 ailənin yaşadığı qəsəbəyə, maşınla su göndərilməsi sadəcə olaraq insanları ələ salmaqdı. Bu bizə lazım deyil, bu çıxış yolu deyil. Çıxış yolu artezian vurulmalıdı, camaatın qeydinə qalınmalıdır”, – deyə kənd sakini Gülməmməd Bayramov bildirib.

Bu yaxınlarda 140 illiyini qeyd etdiyimiz Azərbaycan milli mətbuatının banisi Həsən bəy Zərdabinin adını daşıyan qəsəbənin su sarıdan vəziyyəti yəqin elə mərhum jurnalistin də ruhunu incidir./ans/


1408 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 15:35